1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"AZAL Arena"nın villa problemi - FOTOLAR
"AZAL Arena"da problem təkcə meydanın yararsız örtüyü ilə bağlı deyil.
Sportnet.az-ın məlumatına görə, AZAL-ın ev oyunlarını keçirdiyi Bakının Şüvəlan qəsəbəsindəki stadion yaxınlığında evlər ümumi görkəmə təsirsiz ötüşmür. Xüsusən, televiziya vasitəsilə oyunları izlədikdə bir böyük və iki nisbətən kiçik ev diqqəti özünə cəlb edir. Halbuki həmin villaların yerində yeni tribuna tikməklə arenanın zövqlü görkəm almasını təmin etmək olardı.
Nisbətən alçaq villaların müğənni Gülyaz və Gülyanaq bacılarına aid olduqları deyilir. Klubun vitse-prezidenti Vaqif Qasımov Sportnet.az-a açıqlamasında özünün də bu barədə eşitdiyini söyləyib. Lakin o, həmin evlərin olduğu ərazini stadion üçün genişləndirə bilmədiklərini diqqətə çatdırıb: "Stadionumuz yeni ərsəyə gəldiyi vaxt istəyirdik ki, 20-25 metr enliyində olan həmin hissəyə bir tribuna da əlavə edək və ya kiçik ölçülü məşq meydançası salaq. Bu məqsədlə həmin villaların sahibləri ilə söhbət aparıldı. Açığı, həmin söhbətdə mən iştirak etməmişəm. Bu işlərlə klubumuzun ümumi işlər üzrə vitse-prezidenti Elşad Babayev məşğul olurdu. Sahibləri villalara elə qiymət deyirdilər ki, razılığa gəlmək olmurdu. Sonra da maddi böhran düşdü və bu məsələ açıq qaldı".
Qasımovun sözlərinə görə, üzbəüz ərazidəki evlərin görünməməsi üçün ilk illərdə hasar çəkilib və üzəri müxtəlif futbolçuların fotoları ilə bağlanıb. Bundan ötrü 50 min manatadək vəsait xərclənib. Lakin güclü külək həmin fotoları parçalayaraq dağıdıb. Klub rəsmisi bildirib ki, xüsusən üçmərtəbəli villanın sahibi ilə razılığa gəlmək mümkün olmayıb: "Həmin villanın kimə məxsus olduğunu bilmirəm. Amma hesab edirəm ki, onunla razılığa gəlsəydik, kiçik mülklərin sahiblərini də yola gətirmək olardı. Düzü, nisbətən kiçik villaların Gülyaz və Gülyanaq Məmmədova bacılarına məxsus olduğunu deyirdilər. Amma bu barədə tam dəqiq məlumatlı deyiləm".
Öz növbəsində Gülyaz Məmmədova Sportnet.az-a açıqlamasında deyib ki, Şüvəlanda evi yoxdur. O, belə bir mülkünün olduğuna dair xəbərləri gülüşlə qarşılayıb: "Düzdür, mənim və bacımın Bakıda mənzilimiz var. Bir də Şəkidə ata mülkümüzün olduğunu deyə bilərəm. Amma Bakı kəndlərində villamız yoxdur. Hərçənd, çox istərdim ki, belə bir həyət evimiz olsun".
Qeyd edək ki, 12 - 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol üzrə qrup mərhələsinin oyunları "AZAL Arena"da da təşkil olunacaq. Oyunların Əməliyyat Komitəsi bu stadionda hazırlıq məqsədilə heç bir işin görülməyəcəyini açıqlayıb.