1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin Qətərlə oyundan qazancı açıqlandı
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Dohada canlı izlədiyi Qətər və Azərbaycan milli komandaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis affa.az-a açıqlamasında oyunun hər iki komanda üçün vacib olduğunu bildirib. Onun fikrincə, Qətər oyunu qapalı keçirməklə öz rəqiblərindən hansısa taktiki gedişləri gizlin saxlamağa çalışıb: "Bilirik ki, onları İran və Özbəkistan yığmaları ilə çətin oyunlar gözləyir. Eyni vaxtda millimiz qrupun favoriti, dünya çempionu Almaniya yığması ilə qarşılaşacaq. Yəni hər iki komanda strateji hədəflərə nail olmaq üçün yoldaşlıq matçının keçirilməsinə razılıq veriblər. Millimiz üçün vacib olan məqamlardan biri Şimali İrlandiya yığmasına ağır məğlubiyyətdən sonra qələbə qazanmaq, psixoloji cəhətdən qarşıdakı matça hazırlaşmaq idi. Bu qələbə Bakıda güclü rəqiblə keçiriləcək oyuna yaxşı motivasiya olacaq".
Sadıqov bildirib ki, millimizin baş məşqçisi Robert Prosineçki Almaniya ilə oyunda istifadə edəcəyi modeli sınaqdan keçirib: "Komandamız sürətli əks-hücumlar qururdu. Bəzi əks-hücumlar çox kəskin alındı. Prosineçki bu oyunda həm də ehtiyat qüvvəni sınaqdan keçirdi və bu da əsas qazancımız oldu. Abbas Hüseynov, Mahir Mədətov, Tellur Mütəllimov kimi gəncləri qeyd etmək olar. Xeyli vaxtdan sonra baş məşqçi Cavid Hüseynovu milliyə qaytardı və o, komandamızın heyətində ən yaxşı oyunlarından birini keçirdi. Sadaladıqlarıma əsaslanıb oyunun vaxtında və yerində təşkil edildiyini, nəticənin də qənaətbəxş olduğunu qeyd edə bilərəm”.