"Oyunu yaxşı səviyyədə keçirdik. Hər iki tərəfə sürətli oyuna üstünlük verirdi. Ona görə də deyə bilərəm ki, maraqlı oyun alındı. Həm bizim, həm də Qətərin qol şansları var idi. Amma biz epizodları daha yaxşı reallaşdırdıq və nəticədə qalib gəldik”.
Bu sözləri Sportnet.az-a açıqlamasında millimizin müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib.
Matçı əvəzedilmədən keçirən Mirzəbəyov Robert Prosineçkinin tək ona deyil, bütün futbolçulara güvəndiyini söyləyib: "Hamımız qələbə qazandığımıza görə şadıq. Bakıya qələbə ilə dönməyi çox istədik, alındı. Robert Prosineçki təkcə mənə deyil, bütün futbolçulara güvənir. Bütün oyunu əvəzedilmədən keçirməyim isə nəsə demək deyil”.
Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq görüşündə Qətər yığmasını 2:1 hesabı ilə məğlub edib.