
Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Aue" komandası II Bundesliqada növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "bənövşəyililər" XXIV tur çərçivəsində "Karlsrue"ni qəbul ediblər.
Görüş "Aue"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer alan Nazarov 36-cı dəqiqədə şübhəli penaltini dəqiq yerinə yetirərək komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, "Aue" 22 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb. Dmitri Nazarov bu komandadan əvvəl "Karlsrue"də çıxış edib.