Yeniyetmə futbolçular arasında Almaniya çempionatında növbəti turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, cənub zonasında XXI tur qarşılaşmasında "Ayntraxt" "Ştutqart"la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Qollardan 3-nü AFFA-nın təklifini qəbul edərək, Azərbaycan millisinə cəlb olunmuş Renat Dadaşov vurub. O, 17-ci, 45-ci və 49-cu dəqiqələrdə fərqlənib.
Hazırda "Ayntraxt" 28 xalla 8-ci pillədə qərarlaşıb.