1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Qətərdən video gözləyir
Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş oyunun videogörüntüləri hələ də AFFA-ya göndərilməyib.
Bu barədə Sportnet.az-a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıqlama verib. O bildirib ki, çəkiliş Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən aparılıb. O, hələlik ərəblərdən kadrları əldə edə bilmədiklərini söyləyib: "Qətər tərəfi videogörüntüləri bizə göndərəcəklərinə söz verib. Ola bilsin, məsələ martın sonlarınadək uzansın. Çünki onların İran və Özbəkistanla 2018-ci il dünya çempionatının seçmə qrup matçları məhz həmin vaxta təsadüf edir. Ümumiyyətlə, QFA oyunla bağlı sərt şərtlər irəli sürmüşdü. Yayımla yanaşı, yerli və azərbaycanlı azarkeşlərin oyunu izləmələrinə də icazə verilmədi. Amma bizim bütün xərclərimizi öz üzərlərinə götürmüşdülər və bu şərti lazımınca yerinə yetirdilər".
AFFA-nın prezidenti Rövnəq Abdullayev də videoyazının tezliklə nümayiş etdiriləcəyinə ümidvar olduğunu bildirib. Nərimanoğlu məsələnin tezliklə həllini tapmasından ötrü əllərindən gələni edəcəklərini vurğulayıb: "Oyundan sonra kadrları əldə etmək üçün QFA rəsmiləri ilə xeyli danışıq apardım. Hətta buna görə stadionda saatyarımadək ləngidim. Amma qarşı tərəf dedi ki, görüntüləri təqdim edə bilmərik".
Qeyd edək ki, Azərbaycan millisinin Qətərə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündən fotolar AFFA-nın rəsmi saytında bu gün yerləşdirilib.