
"Ola bilsin, Elxan Abdullayev bu cür düşünür. Amma mənim fikrim bir az başqa cürdür. Mən görürəm ki, futbolçularımız yeni cəlb edilən təcrübəli futbolçulardan sonra daha da artırmağa başlayıb".
Bu sözləri Sportnet.az-a açıqlamasında "Neftçi”nin yarımmüdafiəçisi Murad Ağayev deyib. Ağayev Elxan Abdullayevin "Neftçi”nin yerli futbolçu problemi var” açıqlamasına münasibət bildirib. Yarımmüdafiəçinin fikrincə, "Neftçi”də yetərincə səviyyəli yerli oyunçu var: "Abdullayevin yerli oyunçularla bağlı düşüncəsini oxuya bilmərəm. Bəlkə də o, demək istəyib ki, yerli futbolçular komandada çox deyil. Ya da başqa şey demək istəyib. Mən bilirəm ki, yaxın vaxtlarda yüksək səviyyədə oynayacağam. Bu məqsədimdən, fikrimdən heç vaxt uazqlaşmamışam. Ümidvaram ki, hər şey yaxşı olacaq, hər zaman özümə inanıram. Qarşıma böyük məqsədlər qoymuşam. "Neftçi”də güclü yerli oyunçular var. Sadəcə hansısa futbolçuya daha yaxşı səviyyədə özünü göstərməsi üçün zaman lazımdı. Mən özüm də komandadan ayrılmaq haqda düşünmürəm. Təkliflər hər zaman var. Sadəcə özünə inanmalısan və optimist olmalısan”.
Qeyd edək ki, Murad Ağayev "Neftçi"yə 2016-2017 mövsümünün əvvəlində transfer olunub.