1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qələbəyə Diniyevə görə sevinə bilmədik"
"Birinci hissədə rəqibdən üstün oynasaq da, qol vura bilmirdik. Bir neçə epizodu boşa verdik. Fasilədən sonra uşaqlar bir qədər də "artırdılar", hesabı açdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in məşqçisi Fizuli Allahverdiyev Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Zirə"yı 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yarandığı üçün onu konfransda əvəzləyən F.Allahverdiyev bildirib ki, fərqlənmək üçün əlavə imkanları da olub: "Lakin futbolçularımız bəzi məqamlarda dəqiq oynamadılar. Şahin müəllim özünü pis hiss edirdi, səhhətində problem yarandı. Bu üzdən onu mən əvəzlədim. İndi durumu stabildir. Qələbəyə sevinə bilmədik".
Qeyd edək ki, bu qələbədən sonra xalını 21-ə çatdıran "Kəpəz" 6-cı pilləyə yüksəlib.