"Neftçi" komandası "Qəbələ" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXII tur matçında itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, 64-cü dəqiqədə Pavel Dreksa ayağını tutaraq, yerə yıxılıb.
İlkin tibbi yardım zamanı həkimlər onun oyunu davam etdirməsinin mümkün olmadığını bildiriblər. Nəticədə çexiyalı legioner həmyerlisi Zdenek Folprextlə əvəzlənib.
74-cü dəqiqədə isə kapitan Ruslan Abışov əvəzlənməli olub. Zədədən tam bərpa olunmayan Abışov ağrılarının olduğu üçün meydanı tərk edib və yerini Elvin Bədəlova verib. Onun oyuna iynə vurduraraq çıxdığı müəyyənləşib.
Qeyd edək ki, hazırda "Neftçi" hesabda öndədir - 1:0.