Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində atılacaq püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib. İstanbul təmsilçisi Fransanın "Lion" klubu ilə qarşılaşacaq.
"Anderlext" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Selta" (İspaniya) - "Genk" (Belçika)
"Ayaks" (Hollandiya) - "Şalke" (Almaniya)
"Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final matçları aprelin 13-də və 20-də olacaq.
---
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində atılacaq püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı 16 komanda reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar.
Avropa Liqası
1/4 final mərhələsi
"Anderlext" (Belçika)
"Ayaks" (Hollandiya)
"Beşiktaş" (Türkiyə)
"Genk" (Belçika)
"Lion" (Fransa)
"Mançester Yunayted" (İngiltərə)
"Selta" (İspaniya)
"Şalke" (Almaniya)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final matçları aprelin 13-də və 20-də olacaq.