Slovakiya çempionatında XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Jilina" "Rujemberok"u qəbul edib. "Jilina" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandanın heyətində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 74-cü dəqiqədə meydana girib.
"Jilina"dan qolları Samuel Mraz (dəq. 60), Miroslav Katser (dəq. 65) və Filip Qloxovski (dəq. 90+1), "Rujemberok"dan isə Yan Maslo (dəq. 79) vurub.
Bu qələbədən sonra "Jilina" 22 oyundan 52 xalla 1-ci, "Rujemberok" isə 31 xalla 4-cü pillədə qərarlaşıb.