1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Polislərdən "Neftçi" azarkeşlərinə qadağa
"Bu gün bayram idi. Tək "Neftçi"nin yox, bizim də ad günümüz sayılırdı. Bilirdik ki, çətin olacaq. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mahir Şükürov evdə "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 34 yaşlı müdafiəçi bildirib ki, flaqmanın 80 illik yubileyinin daha təmtəraqla qeyd olunacağını gözləyiblər. Lakin polislər azarkeşlərin hazırladıqları sürprizlərin gerçəkləşməsinə imkan verməyiblər: "Pankartlar, fişənglər olmalı idi. Bunu bizə demişdilər. İki fişəngdən birini mən, digərini Ruslan Abışov tutacaqdıq. Sadəcə, polislər icazə vermədilər. Ona görə də sürpriz alınmadı. Buna baxmayaraq, üzülmürük. Polislərimizin qərarıdır. İcazə vermədilər, canları sağ olsun".
Şükürov nadir hallarda meydana çıxmasının səbəbini də açıqlayıb: "Bir az zədəm var idi. Həm də "Neftçi"də oynayan məşqçi işinə keçmişəm. Bu gün cavanlara yol açma vaxtımızdır. Hazırkı heyət yaxşı çıxış edir. Baş məşqçi Elxan Abdullayev nə vaxt buraxsa, çıxıb oynayacağam. Yayda və ya ondan sonra karyeramı başa vuracağam. Görək də..."
Təcrübəli oyunçu yubiley münasibətilə hazırlanmış formanı bəyəndiklərini və özlərini köhnə geyim üslublu futbolçular kimi hiss etdiklərini vurğulayıb. O, komandanın keşmiş futbolçularının hamısını tanıdıqlarını əlavə edib: "Bilirəm ki, vaxtilə mənim mövqeyimdə Əsgər Abdullayev çıxış edib. Elə Elxan Abdullayev də müdafiədə oynayıb. Vaqif Sadıqov? Yox o, hücumçuların arxasında oynayıb.
"İnter"lə görüşdə Şükürov 82-ci dəqiqədə çiynindən zədələnən Məqsəd İsayevin əvəzinə meydana daxil olub. O, dərhal kapitan sarğısını Ruslan Abışovdan alaraq, öz qoluna keçirib. Cinah müdafiəçisi bunu belə əsaslandırıb: "Komandada kapitan mən, vitse-kapitan isə Ruslandır. Abışov sarğını mənə verməklə öz kiçikliyini göstərir. Bu da onu göstərir ki, biz düzgün yoldayıq. Görüş 80 illiyə təsadüf etməsəydi də meydana çıxacaqdım. Çünki zədəm yavaş-yavaş sağalır. Əslində sağaltmışdım. Amma süni örtükdə məşq etdikdən sonra yenidən ağrılar başladı. Ona görə də baş məşqçimiz məni meydana buraxmağa risk etmirdi".