"Neftçi”nin hücumçusu Uqo Barqas "İnter”lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az Barqasın müsahibəsini təqdim edir:
- Oyunu necə şərh edərdin?
- Çətin olacağını bilirdik. Matça ciddi hazırlaşmışdıq. Elxan Abdullayevin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışırdıq. Qolumuzu vaxtında vurduq. Sonlarda isə bir az yorulduq və qol gördük qapımızda. Vurduğumuz qolları təbii ki, azarkeşlərimizə həsr edirik.
- "İnter”in qol vura biləcəyini gözləyirdiniz?
- Görünür ikinci qoldan sonra bir az arxayınlaşdıq. Çünki hesabı qorumaq istəyirdik. "İnter” özü də səviyyəli komandadır və gücünü göstərdi.
- Rəqib qapıçının hündürboy olmaması vurduğunuz qollarda öz təsirini göstərdi?
- Ola bilər ki, birinci qolda bunun bizə köməyi oldu. Ancaq Rəhman Hacıyevin zərbəsi çox yaxşı alındı.
- 80 illik yubileyiniz idi. Buna görə matçdan öncə təzyiq var idimi?
- Xeyr, heç bir təzyiq yox idi. Sadəcə çox yaxşı motivasiyamız var idi. Məsuliyyətli oynamalı idik. Elə də etdik. Vacib və layiqli qələbə
qazandıq. "Qəbələ” üzərindəki qələbədən sonra işlərimiz yaxşı gedir.
- Qarşılaşmaya az azarkeş gəlməsi sizi üzmədi?
- Futbolu azarkeşssiz təsəvvür etmək mümkün deyil. Oyundan-oyuna azarkeşlərimizin sayı da artır. Öz oyunumuzla, nəticələrimizlə onların sayının artmasına çalışacağıq.