1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zidanın oğlu antiqəhrəman rolunda
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib.
Sportnet.az-ın məlumatına görə, "kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb. Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.