"Qarabağ”ın "Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XXIII turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın "Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran "Zirə” rəqibini "5”də saxlayıb.
Qeyd edək ki, "Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, "Turan”ı ardıcıl 9 dəfə məğlub edib.