
"Almaniyaya qarşı Bakıda keçirdiyimiz oyunu yaxşı xatırlayıram. Həmin oyunda 1:3 hesabı ilə uduzmuşduq. Məncə, həmin matçda biz çox yaxşı oynamışdıq”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Vüqar Nadirov deyib. Hazırda "Qarabağ"da çıxış edən hücumçu Bundestimlə 2018-ci il dünya çempionatının seçmə qrup matçında millimizə inandığını dilə gətirib: "Almaniyaya qarşı Bakıda çox yaxşı çıxış etmişdik. Yadıma düşür, dirəkdən dönən top var idi. Həmin vaxtı hesab 0:0 idi. Vurduğum həmin zərbə qapıdan keçsəydi, hesab bəlkə başqa cür də olardı. Mən milli komandamıza çox inanıram. Baxmayaraq, ki, rəqib son dünya çempionudur. Ümidvaram ki, yiğmamız ehtiyatla oynayacaq və uğurlu nəticə qazanmaq istəyəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.