1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan qalmaqalla bağlı bəyanat
2018-ci il dünya çempionatının seçmə qrup matçı çərçivəsində keçirilən Azərbaycan - Almaniya oyununa bileti olan azarkeşlərdən heç biri bayırda qalmayıb.
Sportnet.az-ın məlumatına görə, bunula bağlı AFFA-nın rəsmi "feysbuk" səhifəsində məlumat yerləşdirilib.
Bildirilir ki, bileti olan bir qrup azarkeşin stadiona girişində gecikmələr olsa da, kiminsə bayırda qalması faktı qeydə alınmayıb. Federasiya azarkeşləri beynəlxalq oyunlara start fitindən 2 saat əvvəl arenaya gəlməyə səsləyib: "Azarkeşlərin stadiona tez gəlməsi və stadionda vaxtlarını səmərəli keçirmələri üçün azarkeş zonaları təşkil edilir. Həmçinin azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün oyun biletində stadiona 2 saat öncədən gəlmələri barədə məlumat göstərilib. Gələcəkdə bu cür neqativ hallarla rastlaşmamaq üçün oyun biletinin üzərində də qeyd edildiyi kimi, oyuna 2 saat qalmış stadiona gəlməyinizi və yalnız biletinizdə qeyd edilən yerlərdə əyləşməyinizi xahiş edirik".