
"Qarabağ”dan sonra "Teplitse”də işlərim pis getmədi. Bir mövsüm "Qarabağ”da oynadım və oradakı oyunlarım mənim üçün daha unudulmazdı”. Bu sözləri Sportnet.az-a açıqlamasında Ulrix Kapolonqo deyib.
2013/2014 mövsümündə Ağdam təmsilçisinin heyətində çıxış etmiş konqolu forvard hazırda işsizdir. 27 yaşlı hücumçu şans yaranarsa, yenidən Azərbaycana qayıtmaq istədiyini bildirib: "Qarabağ”ın heyətində avrokuboklarda da oynamışam. Avrokubok matçlarımızı da unutmaq olmaz. "Qarabağ”ı hər zaman diqqətdə saxlayır, bu klubla maraqlanıram. Fikrimcə, bu mövsüm də çempion məhz "Qarabağ” olacaq. Bəli, bir müddətdir ki, klubsuzam. Menecerim təkliflərlə maraqlanır. Yenidən Azərbaycandan təklif gələrsə, götür-qoy edib qayıda bilərəm”.