"İnter” klubunun sabiq prezidenti Rəşad Qasımovun sportnet.az-a müsahibəsi.
- "İnter”in oyunlarına azarkeş kimi baxmaq rahatdır, yoxsa klub prezidenti kimi?
- Mənim üçün fərqi yoxdur, hər zaman tribunadan komandadan dəstəkləmişəm.
- Ancaq prezident olduğunuz dönəmdə epziodlara bu qədər çılğın reaksiya vermirdiniz...
- Yox, futbola azarkeşlik vəzifədən asılı deyil.
- Beynəlxalq Bankın "İnter”ə sponsorluq etməkdən imtinası sizin üçün gözlənilməz olmadı ki?
- Həqiqətən gözlənilməz oldu. Belə olacağını bilmirdim. Düşünürdüm ki, sponsorluq ən azı mövsümün sonuna qədər davam edəcək.
- Turnir cədvəlinə nəzər salsaq "İnter”in Avropa Liqasına vəsiqə qazanmaqda çətinlik çəkməyəcəyini söyləyə bilərik. Lakin klubun taleyi sual altındadır...
- "İnter” yaşamaldır. Bu komandanın hazırkı heyətlə avrokubokda iştirak etməsini istərdim. Komanda buna layiqdir.
- Hazırkı heyətlə Avropa Liqasında nəsə etmək olar?
- Əlbəttə. Məgər "İnter” indi "Qəbələ”dən zəif oynayır və ya "Qarabağ”dan geri qalır. Bu komandalar Avropa Liqasının qrup mərhələsində çıxış ediblər və "İnter” qətiyyən onlardan geri qalmır.
- Yenidən "İnter”də çalımaq ehtimalınız var?
- Hələlik belə bir variant yoxdur. Ancaq gələcəkdə necə olacağını heç kim bilmir. Hər şey ola bilər.
- Bəlkə, atanız Müzəffər Qasımovun Müşahidə Şurasında yer aldığı "Kəpəz”də çalışasınız?
- Xeyr, elə bir ehtimal yoxdur.