1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pavel Dreksa: "Qarabağ"ı keçmək şansımız var" - MÜSAHİBƏ
"Neftçi"nin müdafiəçisi Pavel Dreksa "Qarabağ"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyundan öncə çoxları gözləyirdi ki, "Neftçi" "Qarabağ"a qalib gələcək. Nəticə özün üçün gözlənilməz olmadıki?
- Təbii ki, belə nəticə gözləmirdik. Biz "Qarabağ"ı udmaq istəyirdik. "Qarabağ" bizdən yaxşı idi və üstün olduğuna görə qalib gəldi.
- Ruslan Abışovun olmaması məğlubiyyətə nə dərəcədə təsirini göstərdi?
- Ruslan çox yaxşı futbolçudu. Ancaq biz bilirdik ki, o, bu oyunda iştirak edə bilməyəcək. İki günün xəbəri deyildi. Biz oyuna Ruslansız hazırlaşırdıq və bilirdik ki, onsuz oynayacağıq. Meydana Ruslanın əvəzinə çıxan futbolçular da əlindən gələni etdi. Sadəcə alınmadı.
- Qışdan sonra çempionatdaı ilk oyununuzda "Qarabağ"a qarşı 1:1 oynamışdınız. Həmin görüşlə bu dəfəki matç arasında hansı fərq var idi?
- "Qarabağ" həmin oyunla müqayisədə bu dəfə daha yaxşı oynadı. Həmin oyun çempionat oyunu idi, bu dəfə isə kubok idi. Kubokda taktiki gedişlər fərqlənir. Ən böyük fərq nəticə idi.
- Final şansınızı necə dəyərləndirirsən?
- Təbii ki, şansımız var. Ancaq bu 50/50 deyil. Çünki "Qarabağ" bizim meydançamızda bizə qalib gəlib.
- "Qarabağ"ın Zdenek Folprextlə yanaşı səninlə də maraqlandığı bildirilir. Bu haqda məlumatın var?
- Azərbaycan dilini bilmirəm, ona görə də sizin portalları, qəzetləri oxuya bilmirəm. "Qarabağ"ın mənimlə maraqlanması həqiqətə uyğun olmayan xəbərdi.