"İnter”lə vacib iki oyunumuz var idi. İlk oyunumuz səfərdə olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Şadam ki, istədiyimiz nəticəni qazandıq. Bizim üçün vacib qələbə idi”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin futbolçusu Tellur Mütəllimov deyib.
Mütəllimov "İnter”lə görüşdə qalib gəlmələrinə baxmayaraq final haqda danışmağın erkən olduğunu bildirib: "Düzdü, ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməyimiz yaxşı nəticədir. Ancaq indidən finala çıxmağımız barədə nəsə demək tezdir. Çünki hələ qarşıda cavab oyunu var. "İnter” üzərindəki qələbədən sonra bütün fikrimizi "Zirə” ilə oyuna yönəltmişik. Bu matçda da qalib gəlmək istəyirik. Çünki həm çempionat, həm də kubok bizim üçün çox vacibdir. Qarşıdakı oyunların hamısına maksimum qələbə üçün çıxacağıq. Ölkə kubokunun finalına çıxsaq hansı komanda ilə qarşılaşmağımızın isə fərqi yoxdur".