1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "İnter" yaşamağa layiqdir"
"Komandamı təbrik edirəm. Bu, bizim üçün çox yaxşı nəticədir. Əməyi olan hər kəsi təbrik edirəm. AFFA-ya təşəkkür edirəm, çətin anlarda kömək etdilər. Hər zaman bizimlə olan azarkeşlərimizə minnətdaram".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edərək, ən azı bürünc medalları təmin etdikləri oyundan sonra deyib. Gürcüstanlı mütəxəssis matçın maraqlı keçdiyini bildirib: "Yaxşı başladıq, qol vurduq. Ancaq bir qədər sayıqlığı itirdik. Nəticədən razıyam. Növbəti oyunlarımızı düşünəcəyik".
Z.Svanadze maliyyə problemləri yaşayan "İnter"in gələcək taleyi barədə məlumatsız olduğunu söyləyib: "Hələlik heç nə deyə bilmərəm. Komanda yaşamağa layiqdir. Gözləyirik. Futbolçularımız peşakardılar. Onlar başa düşürdülər ki, komandanın gələcək taleyi baxımdan nəticə vacibdir. Yeri gəlmişkən, qış fasiləsinə qədə bizimlə olan Ağabala Ramazanovla Ruslan Abışova təşəkkür edirəm. Onların da bu nəticəmizdə əməyi olub".
Qeyd edək ki, "İnter" çempionluq şansını itirsə də, gümüş medallara iddiasını saxlayır.