1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fərhad Vəliyev: "Qarabağ"dan da çəkinmirik"
"Oyun, gözlədiyimiz kimi, çətin keçdi. İlk hissədə üstünlüyümüz var idi. Hesabı da biz açdıq. Lakin fasiləyə yaxın qapımızda qol gördük. Top cərimə zərbəsindən sonra öz oyunçumuza təsadüfən dəyərək istiqamətini dəyişdi və tora daxil oldu. Amma uşaqlar sağ olsunlar, fasilədən sonra çıxıb vuruşduq və əzmkar qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev AZAL-ı səfərdə 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
Təcrübəli qolkiper bildirib ki, komandasını Avropa Liqasında vəsiqə uğrunda mübarizədə əsas rəqiblərdən olan "Kəpəz"in "Neftçi"yə qalib gəlməsi də motivasiya edib: "Əlbəttə, bu oyunun əhəmiyyətini bilirdik. Yaxşı başa düşürdük ki, qalib gəlsək, bizə asan olacaq. Bunun öhdəsindən gələ bildik. İndi "Zirə" ilə ev oyunumuza ciddi hazırlaşacağıq. Bu, əsas oyunumuz olacaq. Düzdür, "Zirə"nin "İnter"lə oyunda xal itirməsi də bizə kömək oldu. Amma 4-cü pilləyə yiyələnmək üçün bu rəqibi evdə yenməliyik".
Vəliyevin fikrincə, get-gedə Avropa Liqası yaxınlaşır. O, tarixi vəsiqəyə nail olmaq üçün bütün güclərini ortaya qoyacaqlarını bildirib: "Biz hər görüşdə öz oyunumuzu sərgiləyəcəyik. "Qarabağ"dan da çəkinmirik. Düzdür, bu komanda ilə qarşılaşmalarda zəif çıxış etmişik. Amma biz bu oyunlarla sonadək vuruşacağımızı göstəririk".
"Sumqayıt"ın qapıçısı çempionun kim olacağına dair proqnoz da verib: "Düzdür, "Qarabağ"ın şansı çoxdur. Amma hələ heç nə demək olmaz. Çünki qarşıda daha 3 tur var. Fikrimcə, "Qarabağ" yenə çempion olacaq".