
"Neftçi"nin futbolçusu Murad Ağayev yeni təkliflər alıb. Bu barədə Sportnet.az-a 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Ağayev Rusiya və Azərbaycan klublarının onunla maraqlandığını bildirib. Lakin orta sahə oyunçusu flaqmanın heyətində qalmaq istədiyini bildirib: "Mən "Neftçi”dəki işimi hələ bitirməmişəm. Həm zədə, həm də başqa amillər maneçilik törətdi. Hərdən belə də mövsüm olur, nə etmək olar? Təkliflər haqda düşünmürəm. Azərbaycanda yaşamaq, oynamaq xoşuma gəlir. Deyə bilərəm ki, Azərbaycan mənim ikinci evimdir. Mən çempion komandada oynamaq istəyirəm. Ümidvaram ki, "Neftçi” ilə qarşıdakı mövsüm çempionluq uğrunda oynayarıq”.
Qeyd edək ki, Murad Ağayev ötən yay "Neftçi"yə "Sumqayıt”dan böyük ümidlərlə cəlb edilib. Lakin o, "ağ-qaralar”ın heyətində çox da görünmür.