Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, son 2 pillədə gedən "Neftçi" və AZAL komandaları "Bakcell Arena"da üz-üzə gəlib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda 3 qol vuran flaqman oyunda son nöqtəni ikinci hissənin əvvəllərində qoyub. Qonaq komandadan isə Nuqzar Kvirtiya penaltidən təsəlli qolunu vura bilməyib.
Bununla da "Neftçi" xallarını 29-a çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksəlib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Sumqayıt"la "Zirə" heç-heçə edib - 1:1. Tura aprelin 16-da "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
-----------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçı Sumqayıtda baş tutub. Şəhərin eyni adlı təmsilçisi "Zirə”ni qəbul edib.
Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb görüş 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Zirə" 33 xalla 4-cü, "Sumqayıt" 32 xalla 5-cidir.
-----
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Zirə” arasında olacaq. Bu duel Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb edir. Çünki hazırda 32 xalla "dördlüy”ü qapayan qonaqlar ən yaxın izləyiciləri olan meydan sahiblərini cəmi bir xal qabaqlayırlar. Bu isə o deməkdir ki, "Sumqayıt” qalib gələcəyi halda "Zirə”ni keçəcək.
"Neftçi”nin isə AZAL ilə oyuna hansı əhval-ruhiyyə ilə çıxması Sumqayıtdakı görüşdə asılıdır. Çünki "gənclər şəhəri”ndə qonaqlar 3 xal əldə edəcəkləri təqdirdə "ağ-qaralar” Avropa Liqasına vəsiqə qazanmaq üçün nəzəri şanslarını da itirəcəklər. Bunun baş verməməsi üçün şəxsi görüşlərin ümumi nəticəsinə görə "Neftçi”dən üstün olan "Zirə”nin büdrəməsi zəruridir.
Qeyd edək ki, XXVI tura sabah keçiriləcək "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
15 aprel (şənbə)
16:30 "Sumqayıt” – "Zirə” 1:1
Qol: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
"Kapital Bank Arena”
İlk üç dövrə - 1:0, 1:0, 0:1
18:30 "Neftçi” – AZAL - 4:0
Qollar: Zdenek Folprest, 13; Daniel Seqovia, 17; İqnasio Herrera, 35; Rəhman Hacıyev, 55
Qolla nəticələnməyən penalti: Nuqzar Kvirtiya, 77 (AZAL)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Bakcell Arena”
İlk üç dövrə - 2:0, 0:1, 1:0