1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təmkin Xəlilzadə: "Uduzmaqdansa 1 xal xeyirlidir"
"Sumqayıt" Avroliqa yolundakı əsas rəqiblərimizdən biri idi. 90+3-cü dəqiqədə penaltidən qol vuraraq, 1 xal qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra deyib.
24 yaşlı yarımmüdafiəçi daha üstün oyun sərgilədiklərini bildirib: "Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" da Avroliqa yolunda bizim kimi mübarizə aparacaq. Səfərdə oynasaq da, pis çıxış etmədik. Rəqib haqda danışmaq istəmirəm. Amma məncə, sonadək daha üstün oyun sərgilədik. Hələ ilk yarıdaca oyunun taleyini həll etməli, bunun üçün əlimizə düşən imkanlardan yararlanmalı idik. Vaxtında qol vursaydıq, belə əziyyət çəkməzdik. Hər halda, hesabda geri düşsək də, özümüzü toparlaya bildik. Son saniyəyədək boşalmadıq. Oynadıq və xalımızı qazandıq. Uduzmaqdansa 1 xal xeyirlidir".
"Zirə" bərabərlik qolunu məhz Xəlilzadəyə qarşı edilmiş kobudluq nəticəsində penaltidən vurub. O, həmin epizodu belə şərh edib: "Topu saxladığım vaxt rəqib oyunçunun üzərimə gəldiyini gördüm. Beynimdə onu keçmək fikri var idi. Keçəndə mənə təmas oldu. Dəydilər və yerə yıxıldım. Bununla da penalti təyin olundu".