1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də radikal qərarlar: 4 oyunçu Gəncəyə aparılmadı
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk son turlardakı zəif nəticələr səbəbindən bir sıra radikal addımlar atıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XXVI tur matçında iki aparıcı futbolçunun xidmətindən imtina edib. Bunlar Azərbaycan millisinin müdafiəçisi Məhəmməd Mirzəbəyovla Gürcüstan yığmasının yarımmüdafiəçisi Nika Kvekveskiridir. Eləcə də cinah oyunçusu Ürfan Abbasov oyunda yoxdur. Bundan başqa Cavid Hüseynov ehtiyatda qalıb. Ən ciddi itki isə hücumçu Daniel Subotiçin "18-lik"dən kənarda qalmasıdır.
Klubun meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata görə, Subotiç dizindən zədəli olduğu üçün meydana çıxmayacaq. Hüseynov da yüngül zədəsi ilə əlaqədar əsas heyətə düşməyib. Qalan 3 oyunçu isə Qriqorçukun qərarı ilə Gəncəyə aparılmayıb.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı saat 16:00-da başlanacaq.