1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev: “Neftçi”nin vəziyyəti digər klublardan qat-qat yaxşıdır" - MÜSAHİBƏ
"Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev paytaxt klubunun bu gün keçirilən muzey və fanşopunun açılışından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportbet.az-ın həmin müsahibəni təqdim edir.
- "Neftçi” klubunun 80 illik yubileyi və muzeyin açılışı sizin dönəminizə təsadüf etdi. Təəssüratlarınızı bilmək istərdik...
- Son ildə çətinliklərimiz, məğlubiyyətlərimiz olmasına baxmayaraq, ən şanlı tarix "Neftçi” komandasındadır. "Neftçi”nin 80 il ərzində necə oynadığını, hansı uğurlar qazandığını özünüz də burda görürsünüz. Özüm baxanda fəxr edirəm. Uşaq olarkən gəlib onlarına baxırdım. Adam baxır, inanmır. Maşallah, Yaşar Babayevlə Kazbek Tuayev hələ da sağdırlar. Allah canların sağ eləsin. Bu, nəinki "Neftçi”nin, Azərbaycan idmanının tarixidi. Həmin tarixi burda bərpa etdiyimiz üçün fəxr edirik. Bura gələnlər həmin tarixi görəcəklər.
- Komandanın növbəti mövsümlə bağlı planları bəllidimi?
- Həmişə jurnalistləri obyektivli olmağa çağırıram. Görün, "Neftçi” qış fasiləsindən sonra necə oynayır. Hesablasanız, görərsiniz ki, çempionat qışdan sonra başlasaydı, biz indi 2-ci yerdə idik. Baxmayaraq ki, "Qəbələ” və "Qarabağ”la oyunlarda bəzi səhvlər olub. Deyə bilmərəm ki, uğursuz çıxış etmişik. Düzdür, məğlubiyyətlər də olub. Amma qışa qədər çox xal itirmişik. İnanırıq ki, "Nefçtçi” növbəti çempionatda heç olmasa, bir və ya ikinci yer uğrunda mübarizə aparacaq.
- Baş məşqçi dəyişikliyi ediləcəyi ilə bağlı söz-söhbət gəzir...
- Söz-söhbətlərə inanmıram. Hələlik "Neftçi”nin Müşahidə Şurasının sədriyəm. Nahaq belə söz-söhbət gəzir, Elxan Abdullayevi dəyişmək istəmirik. Onun işindən razıyıq. Azarkeşləri də başa düşürəm. Uduzanda belə şeylər olur. "Arsenal” uduzanda azarkeşlər Arsen Venger kimi əfsanəvi məşqçiyə nələr deyirlər. Azarkeşləri başa düşmək olar, ancaq xuliqanlıq xarakterli sözlər deməsinlər.
- Ruslan Qurbanovun "Neftçi”yə qayıdacağı ilə bağlı iddia nə dərəcə doğrudur?
- Bunu danışırlar, amma hələ eşitməmişəm.
- Komandanın hələ də Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Sabah "Zirə” ilə çətin matç olacaq. Nələr gözləyirsiniz?
- Bunu da düz yazmırlar axı. Yazırlar ki, "Neftçi” heç vaxt Zirədə 1 top da vura bilməyib. Düzdür. Amma yazmırlar ki, bu, çempionata aiddir. Əvvəla, "Zirə” cəmi iki ildir yaranıb. Digər tərəfdən, kubok oyununda onları 3:0 hesabı ilə udduq. Orada yazın ki, bu, çempionatın statistikasıdır.
- Klubun büdcəsi aydınlıq gətirməyinizi istərdik. Artacaqmı?
- Bilirik ki, Azərbaycanda çətin vəziyyət yaranıb. Bunu başa düşürük. Amma SOCAR rəhbərliyi çox sağ olsun ki, bugün də Rövnəq Abdullayev açılışda iştirak etdi. Bizim əsas sponsorumuz SOCAR-dır. Hamısını açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, "Neftçi”nin vəziyyəti digər klublardan qat-qat yaxşıdır. "Neftçi” hər zaman "Neftçi” olmalıdır. Təbii ki, "Qarabağ” və "Qəbələ”də də vəziyyət yaxşıdır və inanıram ki, həmişə belə olacaq. Bizdə heç vaxt belə problem olmayıb və gələcəkdə də olacağına inanmıram.
- Klubun bazasının inşası nə vaxt tamamlanacaq?
- İstəyirik ki, bu il işləri qurtaraq. Açılışa hamınızı dəvət edəcəyik. Ancaq indi gedib baxın, görün, necə sürətlə tikilir. Biri var klubun büdcəsi, biri də var bazanın tikilməsi. Pulun 5 il əvvəlki kimi gen-bol olan vaxtı deyil, indi doğurdan da çətindir. Buna baxmayaraq, bazamızda gözəl işlər gedir. Hansı komanda ora gəlirsə, deyir ki, Azərbaycanda hələ belə baza görməmişik. İstımirəm başqa klublara qarşı hörmətsizlik kimi çıxsın. Deyirlər ki, meydança pambıq kimidir. İlin sonuna qədər bazanın tikintisini başa vurmağı düşünürük.
- Müşahidə Şurasının sədri seçiləndə AFFA prezidenti Rövnəq Abdullayevdən Bakı Olimpiya Stadionunu istəmişdiniz. O isə demişdi ki, əvvəlcə "Bakcell Arena”nı doldurun, sonra baxarıq. Azarkeş sayı indi sizi qane edir?
- Xeyr, qəti qane eləmir. Bəlkə, bir sirr də açıram sizə. Premyer Liqa və I divizion və klublarının hamısını bir yerə yığsaq, hamısı bir yerdə "Neftçi” azarkeşləri qədər olmur. Düzdür, Gəncədə "Kəpəz”in, Lənkəranda "Xəzər Lənkəran”ın azarkeşləri var idi. Amma hamısı bir yerdə "Neftçi” azarkeşi qədər eləmir. İnandırım sizi, o qədər adam mənə deyir ki, "Neftçi”ni uşaqlıqdan necə sevirdisə, indi də elə sevir. İstəyiri ki, bu stadion dolsun. "Neftçi” elə oynacaq ki, ki, azarkeşlər də gələcək. Buna inanırıq. Keçən il də stabil oynamamışdıq. Ötən mövsüm də qeyri-stabil oynamağımıza baxmayaraq, görün, nə qədər azarkeş olur. Hansı Bakı klubuna bu qədər azarkeş gəlir? Buranı doldurandan sonra ikinci dəfə mürcaitə edəcəm ki, heç olmasa əsas oyunlarımızı keçirmək üçün Bakı Olimpiya Stadionunu bizə versinlər.
- Azərbaycan futbolunda bir ilk oldu – muzey açıldı. Yenilik olduğun üçün muzey və fanşopdan gəlir əldə etmək olacaq?
- İnanmıram ki, burdan böyük bir gəlir olsun. Bunu azarkeşlər üçün edirik. Açıq danışaq, bizdə heç bilet pulundan böyük gəlir əldə etmirik. Düzdür, Azərbaycan Almaniya iə oynayanda Tofiq Bəhramov adın Respublika stadionu dolmuşdu və gəlir olmuşdu. matçında tribunalar dolmuşdu və bilet satşından müəyyən gəlir əldə edilmişdi. Futbol bütün dünyada böyük, dəhşətli pul gətirən oyundur. Futbol pul xərcləyən yox, gəlir gətirən oyun olmalıdır. Xarici ölkələrdə klublar yüz milyonlarla pullar qazanırlar. Bizdə də belə olacağına inanıram.