Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "Qəbələ" və "İnter" komandaları arasında keçirilən XXVII turun son matçında meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəlməsindən sonra dəqiqləşib.
Bununla da xalını 52-ə çatdıran "Qəbələ" sona bir tur qalmış gümüş, "İnter" isə bürünc medalları təmin edib və matçdan sonra mükafatlandırma mərasimi baş tutub.
Qeyd edək ki, XXVII turun ilk oyun günündə "Qarabağ"la "Qəbələ" müvafiq olaraq, "Sumqayıt" və AZAL-ı 2:1 hesabı ilə məğlub ediblər. "Zirə" - "Neftçi" görüşündə isə heç-heçə qeydə alınsa da (2:2), qonaqlar legioner limitini pozduqları üçün texniki məğlubiyyətlə üzləşəcəklər. Bununla bağlı aprelin 25-də AFFA-nın İntizam Komitəsi qərar çıxaracaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
24 aprel (bazar ertəsi)
"Qəbələ” – "İnter” 4:3
Qollar: Rikardinyo, 14. Sergey Zenyov, 26. Adrian Skarlatake, 33 (öz qapısına). Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3; 77. Elnur Abdullayev, 73
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
İlk üç dövrə - 0:0, 1:1, 2:0
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |