1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Oyunçular gedir, mənə təklif yoxdur"
"Düzü, ilk yarıda bizə çətin oldu. "Qəbələ" xeyli qol vəziyyəti yaratdı. Durumumuzu bilirsiniz. Uşaqlar yorğun idi deyə, bir qədər fərqli heyət buraxmışdım".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Qəbələ"yə 3:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, komandasının qazandığı bürünc medal qaneedicidir. O, "Qəbələ" ilə görüşü mövsümün matçı adlandırıb: "Çox maraqlı oyun oldu. 4 qol buraxmaq istəməzdik. Rəqibə hədiyyələr etdik. "Kəpəz"lə növbəti görüşdə fərqli oynayacağıq".
Z.Svanadze "İnter"in əksər oyunçularının başqa komandalara keçəcəyindən xəbərdar olduğunu da əlavə edib. "Eşitdiyimə görə, Nizami Hacıyev, Səlahət Ağayev və Tərlan Quliyev "Neftçi" ilə razılaşıb. Mənə isə təklif yoxdur".