Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, XXVIII turun son matçında milli çempionatların daimi iştirakçıları - "Neftçi" ilə "Qarabağ" üz-üzə gəliblər.
"Bakcell Arena"a baş tutan oyunda çempionluğu təmin edən Ağdam təmsilçisi avrokuboklardan kənar qalan paytaxt klubunu 2:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra "Qarabağ" xalını 62-yə çatdırıb. "Neftçi" isə 29 xalla mövsümü 7-ci pillədə başa vurub.
Qeyd edək ki, XXVIII turun ilk 3 oyununda Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibi müəyyənləşib. Səfərdə AZAL-a 3 cavabsız qolla qalib gələn "Zirə" avrokubokda iştirak etmək hüququna yeyələnib. Digər qarşılaşmalar gəlincə, "Sumqayıt" "Qəbələ"ni 2:1, "Kəpəz" isə "İnter"i 1:0 hesabı ilə üstələyib.
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"Bakcell Arena”
İlk üç dövrə - 0:3, 0:2, 1:1
------------------------------------
Azərbaycan Premyer Liqasında bütün pillələrin sahibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, son turun artıq başa çatan ilk 3 oyunundan sonra məlum olub. "Zirə" autsayder AZAL-ı səfərdə 3:0 hesabı ilə yenərək, mövsümü 39 xalla 4-cü pillədə bitirib. Ayxan Abbasovun baş məşqçi olduğu komanda həm də Avropa Liqasına sonuncu vəsiqəyə sahib çıxıb.
"Zirə" ötən mövsümü gümüş medalla başa vursa da, UEFA lisenziyası ala bilmədiyi üçün Avroliqada çıxış edə bilməyib. Qarşıdakı mövsümdə isə belə problemin olmayacağı bildirilir.
Gəncədə "Kəpəz" "İnter"i minimal hesabla yenərək, 36 xalla 5-ci yeri tutub.
Nəhayət, "Sumqayıt" "Qəbələ"ni 2:1 hesabı ilə yenməsinə baxmayaraq, 35 xalla 6-cı pillədə qalıb.
Hazırda davam edən "Neftçi" - "Qarabağ" matçı isə turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyəcək. Ağdam komandası artıq çempionluğu rəsmiləşdirib. "Neftçi" isə yalnız 10 xala malik AZAL-ı qabaqlayaraq, 7-ci yeri tutub.
Qeyd edək ki, "Qəbələ" 52 xalla 2-ci, "İnter" 43 xalla 3-cü olub.
--------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, XXVIII turun görüşləri eyni gündə baş tutacaq.
Artıq medalçılar bəlli olduğundan son həftə Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibinin və ölkə çempionatının bombardirinin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb edir.
"Qarabağ”, "Qəbələ” və "İnter”in ardından, "Zirə” komandası avrokuboklarda iştirak hüququ əldə etməyə yaxındır. Hazırda 36 xalla 4-cü sırada qərarlaşan qəsəbə təmsilçisinə son matçda cari çempionatda bir qələbəsi olan AZAL ilə görüşdə uduzmaması lazımdır.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şüvəlanda baş tutacaq qarşılaşmada məğlub olsa belə, arzusuna çata bilər. Çünki 33-cü xalla 5-ci olan "Kəpəz”in "İnter”lə ev oyununda böyük hesabla qələbə qazanması çox da real görünmür.
Bombardirlik yarışına gəlincə, burada "İnter”in hücumçusu Rauf Əliyevlə "Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç arasında rəqabət gedir. Hər iki futbolçunun hesabında 11 qol olduğundan sonuncu tur böyük önəm daşıyır. Əliyev Gəncədə, Ozobiç isə Sumqayıtda qollarının sayını artırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXVIII tur
29 aprel (şənbə)
16:00. "Kəpəz” – "İnter” - 1:0
Qol: Dario Federiko, 49
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
İlk üç dövrə - 2:2, 0:0, 1:4
16:00. "Sumqayıt” – "Qəbələ” - 2:1
Qol: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. Şəhər stadionu
İlk üç dövrə - 0:2, 2:2, 1:1
16:00. AZAL – "Zirə” - 0:3
Qol: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-penalti ilə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"AZAL Arena”
İlk üç dövrə - 1:3, 1:1, 1:2
17:00. "Neftçi” – "Qarabağ” 1:2
Qollar: İqnasio Herrera, 89 - Dino Ndlovu, 47. Ruslan Abışov, 60 - öz qapısına
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"Bakcell Arena”
İlk üç dövrə - 0:3, 0:2, 1:1