1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daniel Subotiç: "Finalda "Qarabağ" üzərində qələbəyə köklənmişik" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Daniel Subotiçin Sportnet.az-a müsahibəsi
- Son oyunlarda meydanda az-az görünməyin nə ilə əlaqədar idi?
- Dizimdəki zədə üzündən Gəncədəki oyunu buraxmışdım. "Sumqayıt"a qarşı isə cəzalı durumda olduğum üçün oynamadım.
- Çempionluq əldə edə bilməməyinizə səbəb nə oldu?
- Belə deyək: Çempionat öz əlimizdə idi. Yaxşı qol vəziyyətləri də yaradırdıq. Bir neçə oyunda şəxsən özüm həlledici qolları vura bilmədim. Bunlardan yararlansaydıq, indi çempion idik. Amma nə etmək olar? İrəli baxmalı və növbəti mövsüm yenidən cəhd etməliyik.
- Qarşıda "Qarabağ"la Azərbaycan Kubokunun final matçı gəlir. Bu görüş barədə nə düşünürsən?
- Mövsümün son oyununda iki ən güclü komanda üz-üzə gələcək. Maraqlı oyun olacaq. Komandamız qələbəyə köklənib və buna hazırdır.
- Amma Naxçıvanda keçiriləcəyindən, azarkeşlərinizin böyük qismi görüşü canlı izləyə bilməyəcək...
- Mən özüm də Naxçıvanda ilk dəfə meydana çıxacağam. Azarkeşlərimizin hamısının final matçını izləyə bilməmələrinə təəssüflənirəm. Çünki hər bir futbolçu ona azarkeşlik edənlərin olmasını istəyir. Amma heç nəyi dəyişə bilmərik.
- "Qəbələ" ilə müqavilən başa çatır. Komandadakı gələcəyinlə bağlı qərar verilib?
- Hələ heç nə deyə bilmərəm, çünki qalıb-qalmayacağım məlum deyil. Final oyunundan sonra iki həftə dincələcək və ardından bu barədə düşünəcəyəm.
- Şəxsən özün qalmaq istərdin?
- "Qəbələ"də özümü çox yaxşı, evimdəki kimi hiss edirəm. Klub əməkdaşlarının hamısı ilə yaxşı münasibətlərim var. Buna görə də qalmaq istərdim. Amma baxarıq.