
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə "Heydər Əliyev kuboku” turnirində Türkiyə klubları da iştirak edə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
Naxçıvan Muxtar Respublikasında baş tutan kubokun təqdimatı mərasiminə qatılan təşkilatçı qurumun rəhbəri iştirakçıların mayın 20-dək dəqiqləşəcəyini söyləyib: "Hələlik ad açıqlamaq istəmirəm. Yarışda Türkiyə klublarının U-23 komandalarının da iştirakı mümkümdür. Həmçinin yerli komandalardan MOİK, "Şəmkir", "Turan" və "Zaqatala" turnirə gəlmək üçün müraciət ediblər".
Qeyd edək ki, mayın 26-da start götürəcək turnirdə 6 - 8 komandanın iştirakı nəzərdə tutulub.