1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tale Heydərov: "Büdcə azala bilər" - MÜSAHİBƏ
"Qəbələ" klubunun prezidenti Tale Heydərov Azərbaycan Kubokunun finalında "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.
- Sizcə, nə çatmadı?
- Məncə, "Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz "Qarabağ” oldu. Bizim də çox səhvlərimiz oldu, lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik. Öz səhvlərimiz ucbatından oldu.
- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksinizmi?
- Bununla bağlı danışmamışıq. Bu yaxınlarda danışacağıq. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.
- Komanda gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaqmı?
- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə futbolçu almağı da düşünürük (apasport.az).