"Sumqayıt" klubu 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, heyətini gücləndirməklə yanaşı, komandanın sıralarını bir neçə futbolçu tərk edib.
Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıb. Bundan başqa, Maqomed Kurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin isə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, "Sumqayıt" Kamal Mirzəyev, Tural Axundov, Cavid İmamverdiyev və Cavid Tağıyevi heyətinə qatıb, Vurğun Hüseynov, Rail Məlikov və Fərhad Vəliyevlə müqaviləni uzadıb.