
"Qəbələ" klubunun Rəşad Sadiqovla yollarını ayırma səbəbi müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, buna futbolçunun yüksək məvacibi yox, yaş amili səbəb olub.
Son zamanlar Sadiqovun fiziki durumu onun 90 dəqiqə ərzində mübarizə aparmasına imkan vermir. Xüsusən, o, dayaq yarımmüdafiəçisi mövqeyində o qədər də effektli olmayıb. Belədə baş məşqçi Roman Qriqorçuk 34 yaşlı oyunçunu mərkəz müdafiəçisi mövqeyində oynatmağa başlayıb. Lakin bu, daxili yarışlar üçün münasib ola bilər. Avropa Liqasında isə onun ehtiyatda qalma ehtimalı daha çoxdur. Çünki Qriqorçuk qitəmiqyaslı yarışda yenə daha hazırlıqlı əcnəbi futbolçulara üstünlük verməyi düşünür. Bu və digər məqamları nəzərə alan rəhbərlik Sadiqovla anlaşmanı uzatmamağı qərara alıb.
Qeyd edək ki, Rəşad Sadiqov "Qəbələ"də 2014-cü ilin dekabrından çıxış edirdi.