"Qəbələ" klubundan ayrılan Nika Kvekveskiri Qazaxıstanın "Tobol" klubu ilə müqavilə bağlayıb. Sportnet.az-ın Kostanay təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi 1,5 illik anlaşmaya imza atıb. 
O, yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək. 
Qeyd edək ki, Nika Kvekveskiri 2015-ci ilin yayında Azərbaycana gəlib. Gürcüstan millisinin futbolçusu əvvəlcə "İnter"də, sonra isə "Qəbələ"də çıxış edib. 









                 




    
    
    
    
    
    
    
    
    






















































