Macarıstanda Laslo Kubalanın xatirə turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası "Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turniri 4-cü pillədə başa vurub.
"Qırmızı-qaralar” yarışın son günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. Slovakiyanın "Rujomberok” komandası ilə görüşən Azərbaycan təmsilçisi 0:2 hesabı ilə uduzub. Turnirin qalibi adını isə Polşanın "Zaqlembe” klubu qazanıb. "Vaşaş Kubala Akademiyası” 2-ci, "Rujomberok” 3-cü yeri tutub.
Qeyd edək ki, "Qəbələ” qrup mərhələsindəki görüşlərində "Vaşaş Kubala Akademiyası” ilə 0:0, İsveç AİK-i ilə 1:1 hesablı heç-heçə edib.