
Rusiyanın "Zenit" futbol komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
O, yeni vəzifədə Mirça Luçeskunu əvəzləyib.
Qeyd edək ki, Roberto Mançini əvvəllər İtaliyanın "Latsio" və "İnter", İngiltərənin "Mançester Siti" və Türkiyənin "Qalatasaray" komandalarının baş məşqçisi vəzifəsində çalışıb.