Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib yenə Çexiyanın müvafiq yaş qrupundan olan millisi olub.
Görüş bu dəfə də Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Hərçənd hesabı millimiz açıb. 21-ci dəqiqədə Mahir Mədətov fərqlənib. Komandamız uzun müddət irəlidə olsa da, 84-cü dəqiqədə Martin Qaşek və 86-cı dəqiqədə Petr Sevçikin qolları ilə qələbəni əldən verib.
Bu görüşdə Azərbaycan millisinin heyətində Danimarkanın "Hobro" klubundan dəvət almış Onur Albayrak debüt edib: Mustafa Özhitay - Sertan Taşkın, Serkan Baloğlu, Bəhlul Mustafazadə, Yusif Nəbiyev - Əlibəy Məmmədli, Qismət Alıyev, Oleq Hüseynov, Onur Albayrak (Fəhmin Muradbəyli, 58), Eltun Turabov - Mahir Mədətov
Qeyd edək ki, Çexiya ilə ilk yoldaşlıq görüşündə millimiz 0:5 hesabı ilə uduzmuşdu.