1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Musayev "Neftçi"ni darmadağın etdi - FOTOLAR
Dağıstan Respublikasında keçirilən "Caspian Cup" turnirində qrup mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri ardıcıl 3-cü qarşılaşmalarından məğlub ayrılıblar.
A qrupunda yer alan "Qəbələ" "Krasnodar"a minimal fərqlə uduzub - 1:2. Hesabı "qırmızı-qaralar"ın oyunçusu Mehrac Baxşəliyev açsa da, tezliklə Rusiya təmsilçisi bərabərlik, oyunun 5-ci uzatma dəqiqəsində isə qələbə topunu vurub. Hələ ilk 2 turdan sonra "Krasnodar" qrup liderliyini təmin etdiyi üçün bu görüşə ikinci heyətlə çıxıb. Qrupun digər matçında "Rostov" "Ramzan"a 3:2 hesabı ilə qalib gələrək, qrupda 2-ci olub.
B qrupundakı "Neftçi" isə ilk turdakı kimi, yenə 5 qol buraxıb. Təşkilatçı "Anji" ilə görüşdə təsəlli qolunu belə vura bilməyən "ağ-qaralar"ı 4 dəfə Maqomed Musayev məyus edib. Qrupun digər matçında Gürcüstanın "Dinamo" (Tbilisi) komandası Rusiya "Yunost"unu darmadağın edib - 4:0.
Beləliklə, Azərbaycan komandaları öz qruplarında sonuncu yeri tutublar. 5 - 8-ci yerlər uğrunda yarımfinal matçlarında "Qəbələ" "Yunost"la, "Neftçi" "Ramzan"la qarşılaşacaq. Bu oyunların qalibləri 5-ci, məğlubları 7-ci yer uğrunda oyunda üz-üzə gələcəklər. Yüksək yerlər uğrunda yarımfinallarda isə "Dinamo" "Rostov"la, "Krasnodar" "Anji" ilə görüşəcək.
Qeyd edək ki, yarımfinallar iyunun 10-da, final görüşləri iyunun 11-də olacaq.