
Avstraliyanın Melburn şəhərində Braziliya və Argentina yığmaları arasında yoldaşlıq görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Melburn Kriket Qraund" stadionunda təşkil olunmuş qarşılaşma Argentinanın qələbəsi ilə yekunlaşıb. Yeganə qol 45-ci dəqiqədə vururub. 30 yaşlı müdafiəçi Qabriel Merkado fərqlənib.
Bununla da Argentina 2012-ci ildən sonra ilk dəfə Braziliyanı yenib. Buna baş məşqçi Xorxe Sampaolinin rəhbərliyi altında nail olunub.