
"Hazırlıq prosesi normal keçir. Məşq edirik. Şükür, zədəlimiz yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı barədə danışarkən deyib.
Gürcüstanlı mütəxəssis Kamerunun ""Colombe Sportive du Dja et Lobo" komandası ilə keçirdikləri yoxlama matçı barədə də fikirlərini bölüşüb. O, 1:0 hesabı ilə qalib gəldikləri görüşdən razılıq ifadə edib: "Yaxşı oyun alındı. İki fərqli heyətlə oynadıq. Çoxlu sayda qol vəziyyətimiz oldu, lakin bir vəziyyətdən yararlana bildik. Realizasiyalar üzərində çalışmaları davam etdirəcəyik”.