İspaniyanın "Atletiko" klubu futbolçu Antuan Qrizmannla müqaviləni uzadıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı hücumçu ilə yeni anlaşma 2011-2012 mövsümünün sonunadək nəzərdə tutulub.
26 yaşlı forvard 2016-2017 mövsümündə 36 oyun keçirib. O, 16 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Antuan Qrizmann 2016-cı il Avropa çempionatında 6 qolla bombardir olub.

















































































