"Qarabağ”ın növbəti mövsüm üçün hazırlıqlarına 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışından qayıtmış futbolçular da qoşulub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabovdur.
Ağdam komandası sabah yoxlama oyunu keçirəcək. Rəqib Qəhrəman Əliyevin başçılıq etdiyi "Bakı” klubu olacaq. "Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da start götürəcək.
Qeyd edək ki, bu, "Qarabağ"ın Bakıdakı hazırlıq prosesi çərçivəsində yeganə görüşü olacaq.