
Ukrayna çempionatında növbəti turun oyunları start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
V turun ilk oyununda "Şaxtyor" "İliçevest"i qəbul edib. Meydan sahibləri aşkar üstünlük əldə etdiyi matçı 3:0 hesablı qələbə ilə başa vurub. Turun daha 2 qarşılaşması ötən gün keçirilib. "Qoverla" öz meydanında Donetsk "Olimpik"ini qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Digər qarşılaşmada isə Kiyev "Dinamo"su "Çernomorest"i üstələyib - 2:0.
Bu gün isə turun digər qarşılaşmaları keçirilib. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" "Vorskla" edib. Keçirdiyi oyundan hamısında qələbə qazanan komanda bu turda qələbə seriyasını davam etdirə bilməyib - 1:1.
V turun qarşılaşmaları:
29 avqust
"Şaxtyor" - "İliçevest" - 3:0
Qollar: Qladkiy, 32; Aleks Teyşera, 55; Tayson, 75
30 avqust
"Qoverla" - "Olimpik" - 0:1
Qol: Qrişko, 14
21:30. "Dinamo K" - "Çernomorest" - 2:0
Qollar: Yarmolenko, 20, 86
31 avqust
19:00. "Karpatı" - "Metallurq Z" - 1:2
Qollar: Lvstyski, 30 (avto qol) - Tatarkov, 90+1, Lepa, 90+2
21:30. "Dnepr" - "Vorskla" - 1:1
Qollar: Kaliniç, 49 - arannik, 45+2
21:30. "Zarya" - "Volın" - 1:2
Qollar: Karavaev, 76 - Bikfalvi, 6; Memeşev, 90+1
21:30. "Metallurq D" - "Metallist" - 1:1
Qollar: Postupalenko, 84 - Xavier, 13