
"Qarabağ" klubunun 3 futbolçusunun forma nömrələrində dəyişiklik baş verib. Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, qapıçı Şahruddin Məhəmmədəliyev yeni mövsümdən "1", hücumçu Dino Ndlovu "9" və Ağabala Ramazanov isə "10" nömrəli forma ilə mübarizə aparacaq.
Əvvəllər onların forma nömrələri, müvafiq olaraq, "12", "6" və "44" olub. Yeni nömrələri isə Boyan Şaranov, Reynaldo və Muarem Muarem geyinib. Reynaldo qışda Türkiyə "Adanaspor"una transfer olubsa, Şaranov və Muaremlə müqavilə uzadılmayıb.