1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Bizə uyğun rəqib düşdü"
"5 rəqibdən bizə uyğun rəqib düşdü. Amma maraqlandıqda görürük ki, "Differdanj" "Düdelanj"a yalnız top fərqində uduzaraq, 2-ci yeri tutub. Geniş məlumatı bu gün toplayacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. O bildirib ki, komandası Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, Lüksemburq vitse-çempionları ilə görüşə iddialı çıxacaqlar. Gənc mütəxəssis ilk oyunun Bakıda keçirilməsini komandası üçün üstünlük adlandırıb: "Məncə, birinci oyunun evdə keçirilməsi normaldır. Hazırlıq prosesinə tez başlamışıq və oyunlar keçirmişik. Həm də hazırda təlim-məşq toplanışında olduğumuz Boludan Bakıya qayıdıb, səfərə yollanmamaqdansa, elə paytaxtda rəqibi gözləmək daha yaxşı olardı".
A.Abbasov komandası üçün daha bir üstünlük kimi son yoxlama oyunu iyunun 20-də Rumıniya çempionu "Viitorul"a qarşı keçirmələrini vurğulayıb.
Qeyd edək ki, "Zirə" "Differdanj"la ilk oyunu iyunun 29-da "Dalğa Arena"da keçirəcək. Cavab görüşü isə iyulun 6-da Differdanj şəhərində keçiriləcək.