"Qarabağ" komandası Avstriya toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya "Axmat"ı olub.
Görüş Çeçenistan komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 85-ci dəqiqədə yeni transfer Ravanelli vurub. "Qarabağ"ın milli komanda düşərgəsindən yeni qayıdan futbolçularına bu görüşdə istirahət verilib.
Bombardirlər: Domi Massumo ("Qəbələ") - 16, Emil Qasımov ("Karvan") - 15, Bəhruz Teymurov ("Karvan) - 13, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 11 qol.