
Bakının "İnter" klubu futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze siyahıya 23 futbolçu daxil edib. Gürcüstanlı mütəxəssis 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçuya güvənib.
Qapıçılar
1. Səlahət Ağayev
13.Sadıqlı Orxan
16. Şahin Zəkiyev
Müdafiəçilər
27. Adrian Skarlatake
2. Taşkın Sertan
22. İlkin Qırtımov
3. Denis Silva Kruz
33. Tərlan Quliyev
4. Slavik Alxasov
65. Əmirli Cabir
66. Murad Qayalı
99. Ricat Qarayev
Yarımmüdafiəçilər
20. Aqşin Quluzadə
88. Məmməd Quliyev
6. Samir Zərgərov
19. Mirhüseyn Seyidov
10. Elnur Abdullayev
24. Fuad Bayramov
7. Mirsahib Abbasov
8. Nizami Hacıyev
Hücumçular
98. Qara Qarayev
11. Rauf Əliyev
9. Pərdis Fərcad-Azad
Qeyd edək ki, "İnter” I təsnifat mərhələsində Serbiyanın "Mladost” klubu ilə qarşılaşacaq.